Duda: “Polşa öz “MiQ-29”larını Ukraynaya verməyə hazırdır”
“Polşa öz arsenalında olan “MiQ-29” qırıcıları Ukraynaya verməyə hazırdır”.
Demedia.az xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
“Polşada qalan, işlək vəziyyətdə olan və Hərbi Hava Qüvvələrimizin xidmətində olan MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukraynada bu təyyarələri idarə edə bilən pilotlar var” - deyə, o bildirib.
Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”lar tədarük ediləcək:
“İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”lardan istifadə edəcək. Hazırda pilot hazırlığı ona görə vacibdir”.
Fevralın 17-də Polşanın baş naziri Mateuş Moravetski Varşavanın Ukraynaya MiQ-29 qırıcıları tədarük etməyə hazır olduğunu açıqlayıb.