Rusiya kütləvi raket hücumuna başladı
Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə raket hücumu nəticəsində 4 nəfər həlak olub.
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasından xəbər verilib.
Qeyd olunub ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən 2-si kişi, 2-si isə qadındır. 3 yaşayış binası, 3 avtomobil və qaraj yanıb. Yanğınlar söndürülüb.
Dağıntılar altından axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna deyil.