Rusiyalı jurnalist ermənilərin feyk xəbərlərindən danışdı - VİDEO
Rusiyalı jurnalist ermənilərin iddialarını təkzib edib.
Baku TV xəbər verir ki, “Dojd” telekanalının xüsusi müxbiri Vasiliy Polonskiy “Qovorim na çistotu” verlişində müharibə zamanı Azərbaycana ezamiyətindən danışıb.
O bildirib ki, müharibə vaxtı Qarabağda da olub və ermənilərin iddia etdiyi kimi müharibədə hər hansı bir türk və ya muzdulu əsgər görməyib:
“Mən orada olduğum vaxt Azərbaycan əsgərindən başqa bir nəfər də olsun suriyalı, türk, ərəb və sairə muzdlu görmədim. İlham Əliyev ölkə rəhbəri olaraq heç vaxt muzdlular və terroristlərlə iş görməzdi. Bizi hətta Gəncə hava limanının uçuş zolaqlarana çıxartdılar ki, oraya mərmilərin düşüb-düşmədiyini görə bilək. Ermənilər o vaxt xəbər yaymışdılar ki, guya Gəncə aerodromu tamamilə dağıdılıb. Aerodrom deyə bir şey yoxdur - Gəncə hava limanı var. Hava limanı salamatdır. Sonra şəkillər yaydılar ki, guya orada F-16 təyyarələri olub. Lakin biz orada olanda heç bir F-16 təyyarəsi orada yox idi. Və ən əsası biz ermənilərin feyk xəbərlərini sübüt etdik. Bizim üçün bunun feyk olduğunu göstərmək prinsip deyildi, prinsip o idi ki, xəbəri olduğu kimi təqdim edək”.
Polonskiy həmçinin Rusiyada erməni diasporasının fəaliyyətindən də danışıb.
“Erməni diasporası və ermənilər Rusiyanın müxalif siyasətində və bəzən də liberal siyasətində fəaliyyət göstərirlər. Azərbaycanlılar isə Rusiyada siyasi fəaliyyətlə məşğul olmurlar. Maksimum onlar insan hüquqlarını müdafiə edir, və ya bizneslə məşğul olurlar. İlham Əliyevin siyasəti Putinin siyasəti ilə oxşardır. Paşinyan isə Navalnı kimidir. O, hakimiyyətə küçədən gəlib”.
Jurnalist həmçinin internet kanalı kimi fəaliyyət göstərmələrinə baxmayaraq hadisələri olduğu kimi və operativ çatdırma üstünlüklərinə, izləyicilərinin çox olmasını nəzərə alaraq, Azərbaycan tərəfinin onlara müharibəni yaxından izləməyə şərait yaratdığını bildirib və buna görə təşəkkür edib.