Gürcüstanda “komendant saatı”nı pozan azərbaycanlı deputat qarət olunub
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev qarət olunub.
Nexeber.az “Report”a xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Məlumatlara əsasən, hadisə onun olduğu Marneuli restoranlarının birində baş verib. S.Mirzəyevin pul kisəsi və mobil telefonu oğurlanib.
Xoşagəlməz hadisə deputat və restoran rəhbərliyi arasında mübahisəyə səbəb olub. S.Mirzəyev restorana polis çağırıb.
Mətbuatın yazdığına görə, S.Mirzəyev həmkarı Zaur Darğallı ilə restoranda ölkədə saat 21:00-dan saat 05:00-dək tətbiq olunan “komendant saatı” zamanı qonaqlıqda iştirak edib. Karantin qaydalarını pozduqlarına görə millət vəkillərinin cərimə olunmadığı bildirilir.
S.Mirzəyev məsələ ilə bağlı açıqlama verməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyində oğurluq faktı ilə bağlı istintaqa başlanılıb.