Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir
Gürcüstan parlamentinin binası qarşısında etirazçılar hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər.
Demedia.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Etirazçılar bildirirlər ki, “bu hakimiyyət Gürcüstanı Avropa istiqamətində apara bilmir”. Nümayişlərdə Rusiya əleyhinə şüarlar da səsləndirilir.
Tbilisinin mərkəzində çoxlu sayda etirazçı hökumətin istefasını tələb edir. Bununla yanaşı, müxalifət nümayəndələri hakimiyyət Avropa kursuna sadiqliklərini təsdiqləməyincə etirazların dayanmayacağını elan ediblər.