Hulusi Akar Yunanıstana çağırış etdi



 16:01 11.03.2023     435

“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”.

Demedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir: “Yunanıstanda qatar qəzası oldu. Baş sağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.