Türkiyədə ən təhlükəli terrorçu məhv edildi



 17:19 11.03.2023     431

Türkiyədə Eren Abluka silsilə əməliyyatları çərçivəsində ən təhlükəli terrorçu olan Hamiyet Yalçınkaya zərərsizləşdirilib.

Demedia.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, terrorçunun “qırmızı kateqoriya” üzrə axtarışda olduğunu bildirib.

H.Yalçınkayanın kod adı Leyla Amed olub.