Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib - Çavuşoğlu



 23:29 11.03.2023     432

"Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib".

Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.

"Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar", - nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, ümumilikdə 90 ölkədən 11 mindən çox insan Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunub.