Çinli deputatlar kəşfiyyat orqanlarının rəhbərlərini vəzifələrində saxlayıblar



 12:35 12.03.2023     302

XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları Çin Xalq Respublikasının Dövlət Şurasının tərkibində İctimai Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyinin rəhbərlərini təsdiqləyiblər.

Demedia.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İctimai təhlükəsizlik nazirliyinin rəhbəri Van Syaoxun və milli təhlükəsizlik naziri Çen İsin yeni kabinetdə öz vəzifələrini qoruyublar.

Bundan əvvəl Çin parlamentinin deputatları Li Şanfunun Çinin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.