KXDR Cənubi Koreya və ABŞ-a xəbərdarlıq etdi



 13:45 12.03.2023     308

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya və ABŞ-ın təlimləri öncəsi ölkənin mühafizəsi ilə bağlı bir sıra tədbirlər qəbul edib.

Demedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentlik təsdiq edilmiş tədbirlərin məzmununu açıqlamayıb, lakin ABŞ və Cənubi Koreyanın təxribatlarının qırmızı xəttə çatdığını bildirib.

Bundan əvvəl məlum olub ki, Cənubi Koreya və ABŞ gələn həftə başlayacaq və martın 23-dək davam edəcək birgə təlimlər keçirməyi planlaşdırır.

Rəsmi Pxenyan xəbərdarlıq edib ki, Seul və Vaşinqton bu il birgə təlimlər keçirmək planlarını irəli sürsələr, görünməmiş güclü müqavimətlə üzləşəcəklər. KXDR onları təcavüzkar müharibəyə hazırlıq kimi qiymətləndirir.