Hulusi Akar "F-16" məsələsində Türkiyə ilə ABŞ-nin uzlaşmaya yaxın olduğunu açıqladı



 18:19 12.03.2023     325

"Müzakirələrdə ABŞ Müdafiə Nazirliyi ilə müsbət nöqtəyə gəlmişik. Ağ ev tərəfindən dəstəkləndiyini bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik".

Demedia.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dən "F-16" alımı ilə bağlı məsələni şərh edərkən bildirib.

"Bu mövzuda çarəsiz olmadığımızı, əlimizdə seçimlər olduğunu hamının bilməsini istəyirik", - nazir əlavə edib.