Kiyev hərbi administrasiyası: "Rusiyanın Ukraynada mülki obyektlərə hücumu hərbi məqsəd daşımır"



 17:20 12.03.2023     317

"Rusiyanın Ukraynada mülki obyektlərə növbəti hücumu, növbəti terroru heç bir hərbi məqsəd daşımır".

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Kiyev şəhər hərbi administrasiyasının mətbuat katibi Mixail Şamanov Report-a açıqlamasında bildirib.

"Kiyev 7 saata yaxın terrora məruz qaldı. Bu müddət ərzində faşistlər hava silahlarının demək olar ki, bütün növlərindən istifadə etdilər. "Şahid" dronlarından tutmuş bütün növ qanadlı raketlərə qədər buraxdılar. Ukrayna hava hücumundan müdafiə sistemlərinin işi sayəsində paytaxta qanadlı raketlər və “Şahidlər”lə hücumların qarşısı alınıb. Təəssüf ki, "Kinjhal" tipli aeroballistik raketin qarşısını ala bilmədik. Qoloseyevski rayonundakı bir infrastruktur obyektini, həmçinin Svyatoşinski rayonunda bir evi "Konjhal" ilə vurdular. 3 nəfər raket parçaları ilə yaralanıb. Birinə dərhal yerindəcə tibbi yardım göstərilib, daha iki nəfər xəstəxanaya yerləşdirilib", - M.Şamanov qeyd edib.