Haaqa polisi etirazçıları su şırnaqları ilə dağıdıb



 11:58 12.03.2023     315

Niderlandın Haaqa şəhərində polis “A12” magistral yolunu bağlayan 700-ə yaxın ətraf mühit fəalını saxlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Martın 11-də “Extinction Rebellion” fəalları hökumətin mədənçilik üçün verdiyi subsidiyalara etiraz ediblər. Onlar Haaqanın əsas magistrallarından birini - “A12”ni bağlayıblar. Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Qeyd olunub ki, polis dəfələrlə etirazçıları dağılmağa çağırıb, daha sonra isə bloklanan magistral yolu təmizləmək üçün fəalları dağıtmağa başlayıb.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları 700-ə yaxın fəalı saxlayıb.