Xameneinin ailəsi dövlət əmlakını mənimsəməkdə ittiham olunub
İranın ali rəhbəri Seyid Əli Xameneinin ofisinə tabe olan şirkətlərdə işləyən qohumları dövlət əmlakını mənimsədikləri üçün barələrində cinayət işi başlanılıb.
Demedia.az xəbər verir ki, “Ədalət Əli” qrupu Tehran prokurorluğunun məsələyə dair sənədini yayıb.
Bildirilib ki, Tehran Şəhər İnqilab Prokurorluğu ali rəhbər Xameneinin ofisinə tabe olan iki şirkəti dövlət əmlakını mənimsəməkdə, qanunsuz mülkiyyət əldə etməkdə və etibardan sui-istifadə də günahlandırıb.
Məlumata görə, təxminən bir il əvvəl İranın ali rəhbərinin qardaşı Məhəmməd Xameneinin rəhbərlik etdiyi “Hikməti İslami Sədra" Fondunun törəmə şirkətlərindən biri olan “Karvan” nəqliyyat şirkəti tərəfindən korrupsiya və mənimsəmə faktı üzrə barəsində çıxarılan hökmün icrasına başlanılıb.
Seyid Əli Xameneinin qardaşı oğlu Əhməd Hüseyn Xamenei və qardaşının qaynı Vahidrza Taleqani də daxil olmaqla dörd nəfər korrupsiya, mənimsəmə, sənəd-sübutların məhv edilməsi və gizlədilməsinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Ancaq Tehran İnqilab Prokurorluğunun dövlət ittihamçısı Əli Salehinin təsiri altında cinayət işi arxivə göndərilib.
Vurğulanıb ki, bu cinayət işlərini Məhəmməd Xameneinin rəhbərlik etdiyi “Hikməti İslami Sədra" Fondu həyata keçirib.
Bildirilib ki, “Karvan Nəqliyyat Şirkəti” də Xameneinin ailə biznesinə daxildir. “Hikməti İslami Sədra” Fondunun bu müəssisəni alması səbəbi də hələ aydın deyil.
Məlumata görə, sənəd İran İslam Respublikasındakı sonsuz korrupsiya dənizindən bir damladır.//Report.az