Bayden İrlandiyanın Baş naziri ilə Ukraynaya yardımı müzakirə etdi



 23:48 18.03.2023     368

İrlandiyanın Baş naziri Leo Varadkar ABŞ Prezidenti Cozef Baydenə Ukraynaya yardımda ABŞ-nin liderliyinə görə təşəkkürünü bildirib.

Demedia.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Müqəddəs Patrik Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Leo Varadkar Oval kabinetdə Baydenlə görüşüb. Siyasətçilər xüsusən Ukraynaya maliyyə və hərbi yardım məsələsini müzakirə ediblər.