Bayden Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı çıxardığı qərarı haqlı hesab edir
ABŞ Prezidenti Cozef Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderinin Rusiya Prezidentinin hərbi cinayətlər törətdiyinə görə əsaslı olduğunu bildirib.
Demedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Mən hesab edirəm ki, bu, (BCM-nin Putinin həbsi ilə bağlı orderi - red.) haqlı qərardır. Putin açıq-aşkar hərbi cinayətlər törədib”.
Bayden qeyd edib ki, Haaqa məhkəməsinin order vermək qərarı “çox güclü mövqedir”.
Bununla belə, o vurğulayıb ki, ABŞ BCM-nin üzvü deyil.