Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxdı



 19:12 18.03.2023     306

Türkiyənin ilk qırıcısı Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdə açıqlayıb.

“Bildirmişdik ki, martın 18-də Milli Döyüş Təyyarəmiz anqardan çıxarılacaq. Bu gün o, uçuş-enmə zolağındadır”, - o qeyd edib.