Ərdoğan NATO baş katibinə vəd verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi ilə İsveçin və Finlandiyanın Alyansa üzvlük prosesini müzakirə ediblər.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə lideri bu prosesdə Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyini bildirərək Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.