Kılıçdaroğlunun HDP ziyarəti təxirə salındı: "Özlərindən soruşun"



 22:14 18.03.2023     320

Türkiyə müxalifətinin "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlu Xalqların Demokratik Partiyası (HDP) ilə seçki müzakirəsi üçün görüşün təxirə salınmasına münasibət bildirib.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, jurnalistin bu barədə sualını cavablandırıb.

"Bunu məndən yox, onlardan - ev sahibindən soruşun", - deyə CHP sədri bildirib.

Qeyd edək ki, bundan əvvəl Kılıçdaroğlunun namizədliyi açıqlanarkən, HDP onu təbrik etmiş və məsələ ilə bağlı müzakirələr üçün partiya qərargahına dəvət etmişdi. Kılıçdaroğlu təklifi qəbul etmişdi və görüşün 18 martda baş tutacağı elan edilmişdi. Bu gün sözügedən görüşün təxirə salınması barədə məlumat açıqlandı.