Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı



 13:18 19.03.2023     291

Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

Demedia.az xəbər verir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb. “Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - Castin Trüdo qeyd edib.