Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atdı



 14:08 19.03.2023     332

Şimali Koreya bazar günü ballistik raket olduğu güman edilən raket buraxıb.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Sahil Mühafizəsi Yaponiyanın patrul gəmilərini bölgədəki gəmiləri sursat parçaları tapdıqda onlara yaxınlaşmamağa və dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 17-də də “Hvason-17” seriyalı qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.