Zelenski 3 naziri işdən çıxardı



 18:14 19.03.2023     327

Ukrayna hökumətinin üç naziri istefa ərizəsi yazıb.

Demedia.az xəbər verir ki, bu barədə hökumətin parlamentdəki nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

Bildirilir ki, parlament təhsil və elm naziri Sergey Şkarletin, strateji sənayelər naziri Pavla Ryabikin və Ukrayna baş nazirinin müavini – rəqəmsal transformasiya naziri Mixail Fyodorovun istefalarını qeydə alıb.

İstefanın səbəbləri barədə məlumat verilməyib.