Putin işğal etdiyi Ukrayna şəhərinə getdi
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin işğal altında olan Mariupol şəhərinə səfər edib.
Demedia.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlinə istinadən məlumat yayıb.
Səfərin tarixi açıqlanmır. Bundan əvvəl Putinin 9 il əvvəl ilhaq edilən Krıma səfər etdiyi açıqlanmışdı.
Putinin Mariupolda bir sıra obyektlərə baxış keçirdiyi, yerli sakinlərlə söhbət etdiyi bildirilir. Onun Mariupola helikopterlə gəldiyi, sonra avtomobillə şəhərin bir neçə ərazisinə, o cümlədən yaxta klubunun yaxınlığındakı Mariupol sahil xəttinə baş çəkdiyi qeyd olunur.