Səudiyyə kralı Rəisini ölkəsinə dəvət etdi
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Ər-Riyada səfər dəvətini məmnunluqla qarşılayıb.
Demedia.az xəbər verir ki, bu barədə İran Prezidentinin köməkçisi Məhəmməd Cəmşidi deyib.
Qeyd edək ki, martın 10-da Çinin təşəbbüsü ilə İran və Səudiyyə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı görüş keçirilib.