Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq etdi



 19:48 20.03.2023     323

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “qara siyahı”ya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxil edilib.

Söhbət Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən təşkilatdan gedir.

Vurğulanıb ki, “Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də İran PUA-larını Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.

Bundan əlavə, İranda çoxsaylı insan hüquqları pozuntularında iştirak edən daha 14 vətəndaşa və 14 təşkilata da sanksiyalar tətbiq ediləcək. “Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var.