Qarabağa görə mübahisə: 2 deputat cəzalandırıldı



 12:18 21.03.2023     442

Ermənistan parlamentinin bugünkü iclasında vitse-spiker Akop Arşakyan müxalif “Hayastan” fraksiyasının 2 deputatını səsvermə hüququndan məhrum edib.

Demedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, buna səbəb parlamentarilər Qeqam Nazaryan və Aspram Krpeyanın yerindən danışmaları olub.

Məlumata görə, iqtidardakı partiyadan olan həmkarlarının müxalifəti korrupsiyada və əvvəlki hakimiyyət dövründə Qarabağ məsələsində danışıqlar prosesinin uğursuzluğa düçar olmasında ittiham etməsi onların narazılığına səbəb olub.

Qeyd edək ki, Qeqam Nazaryanın oğlu II Qarabağ müharibəsində, Aspram Krpeyanın atası isə I Qarabağ müharibəsində ölüb və buna görə revanşistlərin "Hayastan" blokunun proporsional siyahısından deputatlığa namizədlikləri irəli sürülüb.