Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdi



 16:07 21.03.2023     304

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

Demedia.az xəbər verir ki, S.Zurabişvili bununla bağlı "Facebook" hesabında paylaşım edib.

“Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından olan soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm. Bu günün yeni başlanğıc, yeni həyat mənbəyi olmasını, yeni enerji və yaxşı münasibətlər gətirməsini diləyirəm”, - deyə Gürcüstan Prezidenti bildirib.