Pakistanda zəlzələ qurbanlarının sayı artdı
Əfqanıstanda dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı artıb.
Demedia.az xəbər verir ki, zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində güclü hiss olunub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan isə yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.
Bundan əvvəl Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfərin həlak olması, ümumilikdə 4 nəfərin ölüdüyü məlum idi.
İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.
ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.
Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.