Ermənistanda 4 "qanuni oğru" həbs edildi
Ermənistanda 4 "qanuni oğru" həbs edilib, onların lideri İspaniyada saxlanılıb.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, E.J., A.N., K.K. və V.M. cinayət aləmində ən yüksək vəzifə tutublar. Bununla yanaşı, "qanuni oğru"lar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar.
İstintaq başa çatdıqdan sonra müstəntiq cinayət işinin materialları əsasında cinayətkar dəstənin 4 üzvü E.J, A.N., K.K., V.M.-nin həbs edilməsi barədə vəsatət qaldırıb.
Həmçinin, Ermənistan İstintaq Komitəsi İspaniyada saxlanılan "qanuni oğru"ların liderinin adını açıqlamayıb.