Müalicəsi olmayan virus epidemiyaya çevrildi! - Səkkiz yeni yoluxma



 16:02 23.03.2023     342

Ötən yay Afrikada tüğyan edən qorxunc epidemiya daha üç ölkədə ortaya çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün nəticələri pozitiv çıxan yeni testlər olduğunu təsdiqləyib.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən hal ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərində və Serbiyanın paytaxtı Belqradda eyni vaxtda görülüb.

Epidemiyaya Uqandadan gətirilən Afrika yaşıl meymununun səbəb olduğu müəyyən edilib. Virus daha sonra digər heyvanlar arasında da yayılıb. Məlumata görə, əsasən yarasaların məskunlaşdığı mağaralarda və mədənlərdə uzun müddət qalan insanlar arasında yoluxma baş verir. 

Günlər sonra yoluxucu xəstəlik bu dəfə Afrika qitəsinin şərqindəki Tanzaniyada beş xəstəni öldürüb. Tanzaniya Səhiyyə Nazirliyi keçən həftə Uqanda sərhədindəki Kageraya "müəmmalı xəstəlik" səbəbiylə təcili yardım qrupu göndərib. Tanzaniyanın səhiyyə naziri Ummy Mvalimu Marburqa yoluxmuş 3 nəfərin xəstəxanada müalicə olunduğunu və 161 təmasın müəyyən edildiyini bildirib.

Fevralın sonunda epidemiya elan edən Ekvatorial Qvineyada bu gün yeni hallar üzə çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrika ölkəsində daha səkkiz testin müsbət nəticə verdiyini açıqlayıb. Ekvatorial Qvineyada yoluxma hallarının ümumi sayı 20-yə çatıb, yeni müəyyən edilmiş xəstələr ayrı-ayrı ərazilərdə yaşayır.

ÜST-nin verdiyi məlumata görə, virusun yarandığı şəhərlər arasında 150 kilometr məsafə var və sözügedən vəziyyət Marburqun geniş əraziyə yayıldığını göstərir.

Ekvatorial Qvineyada virusdan ölənlərin sayı 20-yə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, illər ərzində mutasiyaya uğramış Marburq virusunun ən zərərli variantları yoluxmuş hər yüz nəfərdən 88-ni öldürüb. Əvvəlki illərdə bu nisbət yüzdə 24 idi.