Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır"
“Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır”.
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
O bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.
A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım işğaldan azad edilməyənədək sülh olmayacaq.