"Putin uduzduğunu və qorxduğunu etiraf edir” - Podolyak
“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir.
M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.