Parlament seçkisi: Yerlər belə bölüşdürüldü
"Amanat" partiyası Qazaxıstan parlamentində yerlərin əksəriyyətini qazanıb.
Demedia.az Publika.az-a istinadən xəbər verir ki, Qazaxıstan parlamentinə keçirilən seçkilərdə ölkənin ən böyük partiyası olan "Amanat" 98 yerdən 62-ni əldə edərək Milli Məclisdə çoxluq qazanıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov bildirib.
Qeyd edək ki, martın 19-da ölkədə Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Məlumat üçün bildirək ki, parlament 98 deputatdan ibarətdir, onlardan 69 yer 5 faizlik baryeri keçərək parlamentə partiya siyahıları ilə daxil olmuş partiyalar arasında bölüşdürülür. Birmandatlı majoritar dairələrdə qalan 29 yer uğrunda mübarizə həm partiyanın namizədləri, həm də müstəqil namizədlər tərəfindən aparılır.
Partiya siyahıları üzrə səsvermənin nəticələrinə görə, "Amanat" 40, “Auyl” 8, “Respublika” və “Ak Jol” hərəyə 6, Qazaxıstan Xalq Partiyası 5, Ümummilli Sosial Demokrat Partiyası isə 4 deputat mandatı alıb.
"22 nəfər "Amanat" partiyasından, 7 nəfər isəmüstəqil namizəd seçilib”, - deyə Petrov birmandatlı seçki dairələri üzrə səsvermənin nəticələrini açıqlayarkən bildirib.