Çin Zelenskiyə "yox" DEDİ
Çin Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskinin ölkənin lideri Si Tsinpini Kiyevə dəvət etməsini şərh edib.
Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, XİN-in açıqlamasında Si Tsinpin və Volodimir Zelenski arasında görüşün planlaşdırılmadığı bəyan edilib.
"Biz Ukrayna tərəfi ilə əlaqə saxlayırıq, mümkün görüş barədə məlumat yoxdur", - deyə qeyd olunub.
Xatırladaq ki, Zelenski "Associated Press"ə müsahibəsində Çin rəhbərini Ukraynaya dəvət edib.