"SpaceX" növbəti dəfə "Starlink" internet peyklərini orbitə çıxarıb



 09:07 30.03.2023     312

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbital qruplaşmasını artırmaq məqsədilə 56 mini peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

Demedia.az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.

Qeyd olunub ki, buraxılış ABŞ-nin şərq sahili vaxtı ilə çərşənbə günü saat 16:01-də (Bakı vaxı ilə cümə axşamı saat 00:01-də) Florida ştatındakı Kannaveral burnundakı Amerika Kosmik Qüvvələri bazasından həyata keçirilib.

Təxminən bir saat sonra peyklər müəyyən olunmuş orbitə çıxarılıb.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən həyata keçirilmiş 80-ci, bu ilin əvvəlindən isə - 11-ci buraxılış olub. "SpaceX" orbitə artıq 4,2 mindən çox belə peyk çıxarıb. Onlardan bir qismi sıradan çıxıb, yaxud orbiti tərk edib. Hazırda 3,9 mindən çox cihaz orbitdə işlək vəziyyətdə qalmaqdadır.