ABŞ Ukraynaya 400 milyon dollar yardım etdi



 09:53 31.03.2023     409

ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.

“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.