Türkiyənin Qara dəniz bölgəsində zəlzələ oldu



 09:54 02.04.2023     473

Türkiyənin Qara dəniz bölgəsində yerləşən Kastamonu şəhərinin İhsanqazi rayonunda 4,2 maqnitudalı zəlzələ olub

Demedia.az  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11,83 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 01:24-də qeydə alınıb.