Avropa Şurasının Baş katibi Ukraynaya getdi



 13:24 03.04.2023     322

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç Ukraynada səfərdədir.

Demedia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Əminə Cabbar tviterdə yazıb.

O, Avropa Şurası nümayəndəsini qarşılamaqdan məmnunluğunu bildirib: “Rusiyanın təcavüzü nəticəsində dəyən zərərlərin siyahısının hazırlanması ilə bağlı təşəbbüsünə görə Avropa Şurasına təşəkkür edirik. Biz ədaləti bərpa etmək və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etmək üçün lazım olan əlavə addımları müzakirə etdik”.

Baş katibin bu gün bir sıra görüşlər keçirəcəyi gözlənilir.