Hulusi Akar: "Tarix ermənilərə qarşı hansısa soyqırımın olmadığını sübut edir"



 12:25 05.04.2023     324

"Tarix ermənilərə qarşı hansısa soyqırımın olmadığını sübut edir".

Demedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib.

"Biz bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Erməni məsələsi uzun illərdir siyasi alət kimi istifadə olunur. Ermənilərin iddiaları Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına mane olan əsas məsələdir", - nazir bildirib.