İordaniya Suriyadan atılan raketin krallıq ərazisi üzərində partladığını bildirdi
Suriyadan atılan raket İordaniyanın üzərində partlayıb.
Demedia.az xəbər verir ki, bu barədə PETRA xəbər agentliyi məlumat yayıb.
“Şənbə günü yerli vaxtla saat 22:25-də Suriya ilə sərhədə bitişik Vadi Əqrab bölgəsində raketin havada partlaması nəticəsində onun parçaları əraziyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, maddi ziyan dəyməyib”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, krallığın silahlı qüvvələri İsraillə Suriya arasında gərginliyin artması fonunda vəziyyətə nəzarəti davam etdirir.