“Vaqner” Türkiyədən silah almaq istəyib - Kəşfiyyat
ABŞ kəşfiyyat orqanları “Vaqner” özəl hərbi şirkətinin NATO ölkəsi olan Türkiyədən silah almaq cəhdindən və Rusiyanın Ukraynada müharibə planları barədə yaxşı məlumatlıdır.
Demedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, fevralın əvvəllərində “Vaqner” əməkdaşları silah və texnika almaq üçün türkiyəli nümayəndələrlə görüşüblər.
“Türkiyə hökumətinin bunlardan xəbərdar olması və danışıqların uğurlu olması məlum deyil”, - nəşr bildirib.