İrana Seyx Nimr daha lazım deyil - Tehrandan növbəti saxtakarlıq
İranla Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə münasibətlərin bərpasına qərar verdikdən sonra cənub qonşumuz bu narazılığa səbəb olan bütün məqamları unutmağa, ya unutdurmağa çalışır.
Xatırlayırsınızsa, 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə din adamı Şeyx Nimr Baqir əl-Nimrin edamından sonra iki ölkə arasında gərginlik yaranmışdı. Hadisəylə bağlı İranda böyük etiraz aksiyaları keçirilmiş, Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu hücuma məruz qalmış, nəticədə iki ölkə arasında diplomatik əlaqələr tamamilə kəsilmişdi. Axı, İranda diplomatik nümayəndəliklərə hücumlar rejimin vazkeçilməz elementinə çevrilib. O zaman İranda hətta, ayətullah Nimrin xatirəsi əbədiləşdirilmiş və Məşhəddə bir küçəyə onun adı verilmişdi. İndi artıq barışmaq lazım olduğundan Tehran asanlıqla Nimrinin adını unutdurmaq istəyir. Artıq Məşhəddə “Nimrin” adı yazılmış lövhələr küçədən yığışdırılır. Bu da İranın həmişə dindən, din adamlarından yalnız öz siyasi məqsədləri üçün istifadə elədiyini sübut edən daha bir nümunədir.
Hüseyn