"Forbes": İlon Mask bir həftədə 14,5 milyard dollar itirdi
ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib.
Demedia.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Nəşr Maskın sərvətini hazırda 187,9 milyard dollar dəyərində qiymətləndirir.
Qeyd edilir ki, onun kapitalı investorların "Tesla"nın gəlirlərinin gözləniləndən az olacağından qorxması səbəbindən azalıb. "Tesla"nın səhmləri həftə ərzində 10,8% ucuzlaşıb.