Blinken Nəhyanla Yaxın Şərqi müzakirə etdi



 22:18 09.04.2023     306

ABŞ Dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ən-Nəhyan arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Dövlət katibi və Şeyx Abdullah ikitərəfli və beynəlxalq mövzuları müzakirə ediblər. Dövlət katibi Blinken dini bayramlarda regionda sülhə çağırışı edib, israillilərlə fələstinlilər arasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb", - deyə açıqlamada deyilir.

Bildirilir ki, ABŞ regional təhlükəsizlik, sabitlik və rifahı necə inkişaf etdirməklə bağlı tərəfdaşları ilə yaxından məsləhətləşməyə davam edəcək.