Lukaşenko Putinlə ən qapalı mövzuları müzakirə etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin Kremldəki evində danışıqlar aparmaq təklifini qəbul edib.
Demedia.az xəbər verir ki, bu barədə Belarus hökumətinə yaxınlığı ilə seçilən Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, liderlər orada bir neçə saat ən qapalı mövzuları müzakirə ediblər:
“Kremldə danışıqlar aparılıb, şam yeməyi olub. Liderlər bir neçə saat ən qapalı mövzuları müzakirə ediblər”.
Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov da bundan öncə Putinin Lukaşenkonu Kremldəki evinə dəvət etdiyini söyləmişdi.