Belarus Ukraynada atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb
Belarus Ukraynada atəşkəsin və danışıqların başlanılmasının tərəfdarıdır.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.
“Minskinin mövqeyi birmənalıdır: insanların ölümünü dayandırmaq, dərhal atəşkəs elan etmək və danışıqlara başlamaq lazımdır – nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - o deyib.
XİN rəhbəri vurğulayıb ki, Belarus da Macarıstan kimi sülhün tərəfdarıdır.
“Atəşkəs hər iki tərəfdən qoşunları hərəkət etdirmək, yenidən toplamaq, silah-sursat, canlı qüvvə və texnikanı döyüş yerlərinə cəlb etmək hüququ olmadan elan edilməlidir”, - S.Aleynik qeyd edib.