Müharibə başa çatdı - Ordu qələbəni ELAN ETDİ



 19:13 10.05.2021     419

Çad ordusu ölkənin şimal qərbində üsyançılara qarşı mühəribənin başa çatdığını elan edib.

Nexeber.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Baş Qərargahdan açıqlama verilib.Məlumata görə, Şimali Kanem bölgəsində aparılan müharibə ordunun qələbəsi ilə başa çatıb. Üsyançılara məxsus 17 texnika və çox sayda silah ələ keçirilib. 156 üsyançı saxlanılıb. Onların arasında üsyançıların lideri də var.

Qeyd edək ki, aprel ayında ölkə prezidenti İdris Debi cəbhədə əsgərlərlə görüş keçirərkən üsyançılar tərəfindən silahla vurularaq öldürülüb.