Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır
“Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır”.
Demedia.az xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.
Bildirilib ki, Rusiyada hərbi çağırışçılarla bağlı qəbul olunan yeni qanundakı məhdudlaşdırıcı qərarlar da bununla bağlıdır:
“Bununla yanaşı, Rusiya hakimiyyəti növbəti səfərbərliyi planlaşdırmadığını bildirir. Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, qəbul edilmiş yeni qanun sadəcə hərbi çağırış sistemindəki qarışıqlığı aradan qaldırmaq üçündür”.
Vurğulanıb ki, Peskovun açıqlamasına rəğmən, gələcəkdə Rusiyada növbəti səfərbərliyin elan olunması mümkündür.