Əks-hücum əməliyyatı yaxın vaxtlarda başlayacaq - Şmıqal
“Ukrayna qoşunlarının əks-hücumu yaxın vaxtlarda başlayacaq”.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Vaşinqtonda mətbuat konfransında deyib.
“Əminik ki, əks-hücum ən qısa zamanda başlayacaq. Birləşmiş Ştatlar bizi tam dəstəkləyir. Bütün planlarımızı həyata keçirməyi və qələbə əldə etməyi hədəfləmişik”, - o bildirib.