Terrorçular Suriyada Türkiyə hərbçilərinə hücum etdi
Suriyanın şimalında PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara hücum edib.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 4 nəfər yaralanıb. Qeyd olunub ki, hücumlar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrində baş verib.
“Təsbit edilən hədəflərə artıqlaması ilə cavab verilir”, - Türkiyənin müdafiə qurumu bildirilib.